Axar.az saytına istinadən Icma.az xəbər verir.
İran hakimiyyəti Tehrana qarşı sanksiyaların bərpası fonunda AB-3 ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) ilə İranın nüvə problemi ilə bağlı danışıqları bərpa etmək üçün heç bir səbəb görmür.
Axar.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Seyid Abbas Arakçı deyib.
“Avropa ölkələri keçmişdə İslam Respublikası qarşısında öhdəliklərini yerinə yetirə bilməyiblər.
Ona görə də, Tehran hazırda AB-3 ilə dialoqu bərpa etmək üçün heç bir səbəb görmür. ABŞ eyni zamanda sazişdən birtərəfli qaydada çıxması ilə (2015-ci ildə imzalanmış Birgə Kompleks Fəaliyyət Planı) danışıqlara olan bütün inamı məhv etdi. ABŞ-la əlaqələr hazırda yalnız vasitəçilər yolu ilə aparılır”, - deyə o qeyd edib.