Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, Suriyanın taleyini "xarici müdaxilə və təzyiqə imkan verilmədən" öz vətəndaşlarının ixtiyarına buraxılmalıdır; çünki bütün regionda sülh və təhlükəsizlik məhz Suriya ərazisinin sabit qalmasından asılıdır.
"İkitərəfli əlaqələrə gəlincə, bu məsələdə qərar verməyə tələsmək yersizdir. Hər halda, regiondakı bütün ölkələrlə yanaşı orada baş verənləri də izləyirik. Belə qənaətdəyik ki, Dəməşq də öz qarşılıqlı xarici əlaqələrini məhz özü yaratmalıdır", - katib söyləyib.
Xatırladaq ki, 2024-cü ilin 8 dekabrında Suriyada 24 illik Bəşər Əsəd rejimi müxalif qüvvələrin üsyanı nəticəsində devrilib. Bəşər Əsəd İranın yaxın müttəfiqi sayılırdı.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. "İkitərəfli əlaqələrə gəlincə, bu məsələdə qərar verməyə tələsmək yersizdir. Hər halda, regiondakı bütün ölkələrlə yanaşı orada baş verənləri də izləyirik. Belə qənaətdəyik ki, Dəməşq də öz qarşılıqlı xarici əlaqələrini məhz özü yaratmalıdır", - katib söyləyib.
Xatırladaq ki, 2024-cü ilin 8 dekabrında Suriyada 24 illik Bəşər Əsəd rejimi müxalif qüvvələrin üsyanı nəticəsində devrilib. Bəşər Əsəd İranın yaxın müttəfiqi sayılırdı.
Firudin Həmidli
AzVision.az