İran dialoqa və əməkdaşlığa hazırdır

29.06.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İran regionda təhlükəsizliyin təmin edilməsi məqsədilə Körfəz ölkələri ilə dialoqa və əməkdaşlığa hazır olduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Bağdadda keçirdiyi görüşlər zamanı bildirib.

Nazirin sözlərinə görə, Tehran xarici hərbi müdaxilədən uzaq, qarşılıqlı etimad və konsensus prinsiplərinə əsaslanan kollektiv təhlükəsizlik mexanizminin yaradılmasını dəstəkləyir.

Əraqçi, həmçinin qeyd edib ki, İran Hörmüz boğazı ilə bağlı öhdəliklərinə sadiq qalacaq, Oman və digər region ölkələri ilə əməkdaşlığı və dialoqu davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью