İran Dimona və Eylat şəhərlərini vurdu

24.03.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

SEPAH Dimona, Eylat və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirdiyini bildirib.

Lent.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumlar gecə saatlarında həyata keçirilən 78-ci raket dalğası çərçivəsində baş tutub.

“Dimonada, Eylatda və regiondakı bəzi ABŞ hərbi bazalarında yerləşən hədəflər çoxsaylı raketlər və pilotsuz uçuş aparatları ilə dəqiq vurulub”, – deyə açıqlamada bildirilib.

Hücum zamanı hansı konkret obyektlərin hədəf alındığı açıqlanmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью