İran DİN partlayışa görə məsuliyyət daşıyanları çağırdı

28.04.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Bəndər Abbasın Rəcai limanındakı partlayışa görə məsuliyyət daşıyanların bəziləri böhran qərargahının iclası zamanı çağırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Eskandar Momeni açıqlayıb. 

"Hadisənin səbəblərini araşdırmaq üçün komitə yaradılıb və bu hadisədə müdafiə və təhlükəsizlik tədbirlərinə əməl edilməməsi kimi uğursuzluqların olduğu müəyyən edildi", - deyə o qeyd edib. 

Partlayış nəticəsində 46 nəfərin ölməsinə toxunan daxili işlər naziri itkin düşmüş və ya şəxsiyyəti məlum olmayan cəsədlərin sayının təxminən ölənlərin sayına bərabər olduğunu bildirib.

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью