Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsveç Xarici İşlər Nazirliyi İranın səfirini çağıraraq, ondan Tehranın Stokholmdakı diplomatik nümayəndəliyinin əməkdaşının ölkəni tərk etməsi tələb edilib.
Teleqraf xəbər verir ki, bu barədə İsveç Krallığının hökumət kanselyariyası məlumat yayıb.
“İranın İsveçdəki səfirliyinin əməkdaşından Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətlə əlaqədar ölkəni tərk etməsi tələb olunub”, - məlumatda qeyd edilib.