İran diplomatı Parisə gedəcək

25.11.2025

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hurriyyet.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi yaxın zamanda Parisə səfər edəcək. Onun Fransa XİN-in rəhbəri Jan-Noel Barro ilə danışıqları planlaşdırılıb.
Bu barədə İran XİN-in mətbuat katibi İsmayıl Bəqai məlumat verib. O, Əraqçinin fransalı həmkarının dəvəti ilə bu həftə Parisə gedəcəyini, diplomatların məhbus mübadiləsi məsələsini də müzakirə edəcəklərini bildirib.
Xatırladaq ki, İran İslam Respublikasının xarici işlər nazirinin müavini Səid Xətibzadə yaxın vaxtlarda "avroüçlük" (Britaniya, Almaniya, Fransa) ölkələri ilə nüvə danışıqlarının davamının mümkün olmayacağını bəyan etmişdi.
Hürr Tərcüman

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью