İran dirəniş göstərir: Müharibə meydanı böyüyür

06.10.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yəmənin strateji əhəmiyyətə malik Taiz, Muha, Tubab və Əl-Cəvf bölgələri uğrunda ağır döyüşlər gedir.

Oktyabrın 5-də Yəmən hökumət qüvvələri Səudiyyə Ərəbistanının hərbi dəstəyi ilə qərb istiqamətində irəliləyərək husiləri bəzi mövqelərdən çıxarmağa nail olsalar da, bir gün sonra güclü itki verərək bəzi istiqamətlərdə geri çəkilməli olublar. 

Xüsusilə də koalisiya qüvvələrinin Taiz şəhərini ələ keçirmək cəhdi məğlubiyyətlə nəticələnib. Hətta İranın dəstəklədiyi “Ənsər-Allah” hərəkatı, yəni husilər Yəmən Prezidenti Rəşad əl-Aliminin Taizdəki evini ələ keçiriblər. “Ənsər-Allah”ın nümayəndəsi Yəhya Sariya husilərin Səudiyyəyə Ərəbistanı qoşunlarının cəmləşdiyi Əl-Cəvf və Mərib istiqamətində hücuma keçdiyini deyib. Onun sözlərinə görə, Səudiyyə tərəfi xeyli canlı qüvvə itirib və düşmən məxsuszirehli texnikalar yandırılıb. Husilərin hücumları nəticəsində hökumət qüvvələri Taiz əyaltindən geri çəkilmək məcburiyyətində qalıblar. 

Bab əl-Məndəb Boğazını husilərin nəzarətindən azad etmək üçün döyüşlərin davam edəcəyi gözlənilir. Lakin bu əməliyyatların istənilən nəticəni verməməsi bir sıra səbəblərlə izah edilir. 

İlk növbədə, hökumət qüvvələrinin hərbi potensialı husilərlə müqayisədə zəifdir. Son məğlubiyyət Yəmənin hökumət qüvvələrinə verilən xarici dəstəyin kifayət etmədiyini göstərir. Bəllidir ki, ABŞ-nin Hömüz boğazının cənub-şərqində yaratdığı dəniz blokadası və İranın Birləşmiş Ərəb Əmirlikləri ilə müharibə vəziyyətində olması rəsmi Tehranla husilər arasında logistika əlaqələrini bir sıra istiqamətlərdə tam bağlayıb. 

Yəmən hökuməti və Səudiyyə Ərəbistanı da bundan istifadə edərək Bab əl-Məndəb boğazına nəzarəti “Ənsər-Allah”dan geri almağa çalışıb. Lakin hələlik sözügedən planın reallaşmasında ciddi maneələrin olduğunu görmək olar. 

İkincisi, Yəmən hökumət qüvvələri daxilində birliyin olmaması və müxtəlif qruplaşmalardan təşkili qələbəyə mane olan əsas maneələrdən biri hesab edilir. Onların Yəmənin cənubunda, Taiz ətrafında və Yəmənin şimalındakı ayrı-ayrı digər cəbhələrdə döyüşməsi vahid komandanlığın olmamasından xəbər verir. 
Oktyabrın 6-da husilərin hökumət qüvvələri üzərində qələbə qazanması qeyd edilən səbəblə izah oluna bilər. Yəmən Prezidentlik Şurasının sədri Rəşad əl-Alimi 2017-ci ildən bəri hökumətə rəhbərlik etsə də, cəbhədəki pərakəndəlik onun bütün siyasi qüvvələri birləşdirən legitim lider olmadığını təsdiq edir. 

Əl-Aliminin üzərində Səudiyyə Ərəbistanının siyasi təsirinin daha çox olması onu xarici amildən asılı edir. Husi yaraqlıları tam məğlub edilib ölkənin qərb vilayətləri “Ənsər-Allah”dan təmizlənsə belə, Yəməndə vətəndaş müharibəsinin tamamilə aradan qalxacağını demək çətindir. Çünki Yəməndə bütün sünni icmasını ətrafında birləşdirən və husilərin təmsil etdiyi şiə-zeydi əhalisi ilə konsensusa nail ola biləcək dövlət başçısına ehtiyac var. 

Yəməndə yalnız Səudiyyəyə və İrana bağlı qüvvələr döyüşmür. Eləcə də, Yəmən Ər-Riyadla Birləşmiş Ərəb Əmirliklərinin müharibə meydanı hesab edilir. Həm İran təhlükəsi, həm də son vaxtlar Bab əl-Məndəb boğazının açılması məsələsi fonunda Səudiyyə Ərəbistanı ilə əvvəllər husilərə dəstək verən Birləşmiş Ərəb Əmirliklərinin ortaq mövqeyə gəlməsi “Ənsər-Allah” üzərində qələbənin təmin ediləcəyinə ümidləri artırıb. Lakin müharibənin uzanması Bab əl-Məndəb boğazının daha çox bağlı qalması deməkdir. Ər-Riyad isə daha çox tərəfdar toplamaq üçün Bab əl-Məndəbdə baş verənlərin yalnız Səudiyyənin maraqlarına zərbə vurmadığını, ümumlikdə dünyada ticarət böhranına səbəb olacağına inandırmağa çalışır. 

Yaranmış vəziyyət Səudiyyə Krallığına Türkiyəyə və Pakistana müraciət edərək Məkkə paktına uyğun olaraq husilərə qarşı hərbi əməliyyatalara başlamaq üçün müraciət etmək fürsəti verir. Artıq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan müdafiə nazirləri sazişin dərhal icrası ilıə bağlı razılığa gəlsələr də, bu qərar hələlik silahlı qüvvələrin və döyüş vasitlərinin dərhal krallığın ərazisinə yerləşdirilməsini nəzərdə tutur. Yəni saziş ölkələrinin sözügedən addımı daha çox çəkindirici məqsəd daşıyır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: İran Husilər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью