İran Donanması özünün ilk siqnal kəşfiyyat gəmisini

15.01.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkənin yarırəsmi "Təsnim" xəbər agentliyinin məlumatına görə, yeni kateqoriyaya malik hərbi gəmidə elektron sensorlar, kiberəməliyyatların qarşısını almaq və kəşfiyyat monitorinqi aparmaq imkanına malik lazımi təchizat quraşdırılıb. Gəminin təqdimatı ölkənin Silahlı Qüvvələrinin baş komandanı Əbdürrəhim Musəvi, Baş Qərargah rəisi Məhəmməd Baqiri və digər rəsmi şəxslərin iştirakı ilə baş tutub.
"Zaqros" donanmamızın dənizlərdə, okeanlarda ayıq-sayıq gözü olacaq", - İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani agentliyə açıqlamasında söyləyib.
Ötən ilin oktyabrın İran hökumətinin sözçüsü diqqətə çatdırmışdı ki, Tehran "təhlükələrə qarşı müdafiə məqsədilə hərbi büdcəsini təqribən 200% artırmağı" planlaşdırır.

Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью