İran dronlarla Küveyti vurdu 4 nəfər yaralandı

26.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Küveyt Silahlı Qüvvələri ölkənin hava məkanında bir neçə İran dronunu aşkarlayıb və onların qarşısını almaq üçün tədbirlər görüb.
Bizim.Media xəbər verir ki, bu barədə Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, polkovnik Səud Əbdüləziz əl-Ətvan məlumat verib.
 

Onun sözlərinə görə, “İran təcavüzü” nəticəsində mühüm obyekt hücuma məruz qalıb. Dronların qalıqlarının düşməsi nəticəsində 4 nəfər yaralanıb. Yaralananlardan biri Küveyt, ikisi İtaliya, biri isə Pakistan vətəndaşıdır.


Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Hücum nəticəsində, həmçinin maddi ziyan qeydə alınıb.
Küveyt Müdafiə Nazirliyi silahlı qüvvələrin yüksək hazırlıq vəziyyətində olduğunu, ölkənin suverenliyini və təhlükəsizliyini qorumaq üçün zəruri tədbirlərin görüldüyünü bildirib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью