İran əhalisinə nüvə xəbərdarlığı: 24 saat evdən çıxmayın!

04.11.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

ABŞ ilə hərbi gərginliyin yüksəldiyi və regionda yeni müharibə riskinin müzakirə olunduğu bir şəraitdə İran hökuməti mümkün nüvə partlayışı və ya radiasiya təhlükəsinə qarşı vətəndaşlarına rəsmi xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, ictimaiyyətə təcili davranış qaydalarını açıqlayan rəsmi Tehranın bu addımı bölgədə nüvə qarşıdurması ilə bağlı narahatlıqları artırıb.

İran Qızıl Aypara Cəmiyyəti və dövlət mediası tərəfindən yayımlanan təlimatda əhaliyə partlayış anında dərhal möhkəm binalara sığınmaq, qapı və pəncərələri sıx bağlamaq, havalandırma sistemlərini söndürmək və ən azı 24 saat qapalı məkanda qalmaq tövsiyə edilir.

Dövlət televiziyası vasitəsilə verilən xəbərdarlıqlarda partlayışın parlaq işığına baxmamaq, üzüüstə uzanaraq baş və üz nahiyəsini qorumaq, şok dalğası keçdikdən sonra isə dərhal ən yaxın binaya daxil olmaq tapşırılır.

Təlimatlarda vurğulanır ki, binada yanğın və ya uçma təhlükəsi yarandıqda daha təhlükəsiz başqa bir binaya keçmək lazımdır. Həmçinin bildirilir ki, 24 saatlıq müddət başa çatsa da, rəsmi orqanların xüsusi elanı olmadan çölün təhlükəsiz hesab edilməsi yolverilməzdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью