İran Ərəb Liqasının adalarla bağlı iddialarına reaksiya verib

19.05.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Ərəb Liqasının Bağdadda keçirilən Zirvə Toplantısının yekun bəyannaməsində İrana məxsus üç ada ilə bağlı irəli sürülən iddiaları tamamilə rədd edib.

Bizimyol.info xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının İran ərazisinin tərkib hissəsi olduğunu vurğulayaraq, Tehranın bu məsələ ilə bağlı hər hansı iddianın Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin əsas prinsipləri və ölkələrin ərazi bütövlüyü və mehriban qonşuluq və suverenlik prinsipinə hörmət əsasında qurulan beynəlxalq hüququn əsas prinsiplərinə zidd hesab etdiyini vurğulayıb. Qeyd edib ki, ölkəsi belə iddialar Ərəb Liqasının Zirvə toplantısının yekun bəyannaməsinə daxil edilməsini qəbuledilməz hesab edir.

Bekayi həmçinin Ərəb Liqasına əsassız iddialar etmək əvəzinə, dəyişməz tarixi və coğrafi faktları nəzərə alaraq mövqelərini müəyyənləşdirmələrini və region ölkələri arasında əlaqələrin gücləndirilməsi üçün səy göstərmələrini tövsiyə edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью