İran Ermənistana qaz ixracını bərpa edir

13.05.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistana İrandan mayeləşdirilmiş qaz idxalı məsələsi həll olunub və yaxın günlərdə İran qazının ölkəyə tədarükünə başlanacaq". 

Modern.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki kampaniyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, mayın əvvəlində Ermənistana daxil olan mayeləşdirilmiş qaz həcmi az olduğundan bazarda problemlər yaranıb.

“Planımız Ermənistanı minimal həcmdə mayeləşdirilmiş qazla təmin etmək idi və hazırda bu təmin olunub. Ermənistanın hər yerində mayeləşdirilmiş qaz var”, – deyə Papoyan bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью