İran Ermənistana şərt qoydu: TRIPP lə bağlı NƏ BAŞ VERİR?

08.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Tehran Ermənistanın Baş naziri Nikol Paşinyana “Tramp yolu”nun (TRIPP) tikintisi ilə bağlı gözlənilmədən yeni və sərt şərtlər irəli sürüb.

Ermənistan mediasının məlumatına görə, İran hakimiyyəti tələb edib ki, TRIPP layihəsinin təhlükəsizliyini ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində yerləşən üçüncü ölkənin silahlı qüvvələri təmin etsin. Ehtimal edilir ki, burada Rusiya Silahlı Qüvvələri nəzərdə tutulur. Məlumata görə, Tehran bununla ABŞ hərbçilərinin öz sərhədləri yaxınlığında peyda olmasının qarşısını almağa çalışır. Əks halda, getdikcə kəskinləşən münaqişə şəraitində İran tərəfi ABŞ hərbçilərini legitim hədəf hesab edə bilər. 

Politoloq İlqar Vəlizadə bu barədə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, İran Zəngəzur dəhlizi məsələsinə skeptik yanaşma sərgiləyir:

Ekspert vurğulayıb ki, İran TRIPP layihəsinin reallaşdırılması ilə bağlı mövqeyinə dəfələrlə bu və ya digər formada bəyan edib: 

“Amma İranın rəsmən belə tələblər irəli sürməsi ilə bağlı konkret və dəqiq məlumat yoxdur. Ona görə də hansısa mənbəyə istinad etməklə birmənalı fikir söyləmək də çətindir. Ermənistan tərəfi də İranın “tələblərini” şərh etmir. Ara-sıra mətbuatda, sosial şəbəkələrdə bənzər iddialar gündəmə gətirilir. Müşahidələrə görə, TRIPP layihəsi artıq reallaşma mərhələsindədir. Layihənin həyata keçirilməsi ilə bağlı tərəflər arasında müəyyən işlərin görülməsinə start verilib. Sənədləşmə işi başa çatıb, memorandumlar imzalanıb, əməliyyat kampaniyası ilə bağlı qərarlar verilib. Yəni bütün təşkilatı işlər görülüb. İndi əsas məsələ prosesi yekunlaşdırmaqdır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq, hesab edirəm ki, TRIPP marşrutu artıq kiminsə istəyindən asılı deyil”.

Qeyd edək ki, rəsmi İrəvan hələki məsələyə münasibət bildirməyib. 

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью