İran əsas simvolu üçün erməni bayrağını seçdi

20.03.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Novruz ərəfəsində Tehranın əsas simvollarından biri olan Azadi qülləsi Ermənistan bayrağının rəngləri ilə işıqlandırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.

"Qüllənin divarlarında bu yaz bayramının ümumbəşəri əhəmiyyətini və erməni və İran xalqları arasında çoxəsrlik dostluğu vurğulayan erməni dilində təbrik mesajı da var", - məlumatda deyilir.

Tehranın qərb qapısının simvolu olan Azadi Qülləsi İran paytaxtının əsas görməli yerlərindən biri və vizit kartı hesab olunur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью