İran: Əsəd bizi dinləməkdən imtina etdi

21.12.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tehran Bəşar Əsədə çoxlu tövsiyələr verib, ancaq o, dinləməkdən imtina edib.

Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.

Onun sözlərinə görə, Tehran heç vaxt Suriya hökumətinin xalq və müxalifətlə ünsiyyətinə qarışmayıb:

“Biz Əsədə İdlibdə müxalifətin addımı ilə bağlı xəbərdarlıq etdik və Suriya hökuməti müstəqil qərarlar verdi. Suriyanı tərk etməsi üçün Əsədlə heç bir əlaqə qurulmayıb. İran bu ölkədə Suriya hökumətinin istəyi ilə terrorçularla mübarizə məqsədi ilə olub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью