Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Tehran ABŞ-la münasibətlərdə gərginliyin artması fonunda istənilən ssenariyə, o cümlədən mümkün hərbi hücuma hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu İranın BMT-nin Cenevrədəki bölməsindəki daimi nümayəndəsi Əli Bəhrəyni deyib.
“ABŞ-ın addımları proqnozlaşdırıla bilməz. Buna görə də biz hər cür ssenariyə, o cümlədən mümkün aqressiyaya hazırıq. Qeyd edim ki, İranın xarici işlər naziri Abbas Araqçı ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında qeyri-rəsmi mesaj mübadiləsi aparılıb. Lakin bu təmasları danışıqlar kimi xarakterizə etmək çətindir”, – Bəhrəyni vurğulayıb.
Əliyar Xəlil