İran etirazlarında öldürülənlərin sayı...

22.01.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İranda 25 gün əvvəl başlayan ümumxalq etirazlarında öldürülən 4902 nəfərin kimliyi müəyyənləşdirilib, öldürülən 9387 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır.

Axar.az xəbər verir ki, bunu İran İnsan Haqları Təşkilatı bildirib.

Öldürülənlərdən 201 hökumət məmuru, 40-i azyaşlı və 39-u etiraz aksiyalarında iştirak etməyən mülki şəxslərdir.

Bununla yanaşı, 26541 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.

Qeyd olunub ki, internet kəsildiyinə görə öldürülən və həbs olunanların sayı və kimliyinin müəyyənləşdirilməsində gecikmələr olur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью