Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu İran və onun ətrafında baş verən son geosiyasi hadisələrə, həmçinin regional təhlükəsizlik və mümkün müharibə risklərinə toxunub.
Gununsesi.info-ya danışan deputat vurğulayıb ki, İran və onun ətrafında baş verən hadisələr riskli xarakter daşıyır.
Hikmət Babaoğlu qeyd edib ki, mümkün müharibə hazırda psixoloji və informasiya müharibəsi mərhələsindədir.
“Azərbaycanın son iki yüz illik siyasi keçmişi və postsovet məkanında yerləşməsi fonunda, Rusiya ilə Ukrayna arasında baş verən müharibə birbaşa keçid müharibəsi hesab olunur.
Belə şəraitdə, hər nə qədər Cənubi Qafqazda nisbi sabitlik mövcud olsa da, bu cür qeyri-müəyyənlik və müharibə vəziyyəti regional sülhü ciddi şəkildə təhdid edir”.
Şəbnəm