Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Kövrək avtokratiyalar sonda süquta uğrayır...
ABŞ-ın Tunisdəki keçmiş səfiri Qordon Qrey İrandakı mövcud etirazlar ilə 2011-ci il “Ərəb baharı” arasında paralellər aparıb.
O hesab edir ki, 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Tehran iqtisadi çöküşün yaratdığı oxşar böhranla üzləşib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə National Security Journal yazır.
İran rejimi İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sədaqəti sayəsində 2009-cu ildən bəri beş böyük etiraz dalğasından sağ çıxsa da, Qrey xəbərdarlıq edir ki, "kövrək" avtokratiyalar sonda süqut edəcək.
Qrey Ərəb Baharının əvvəlində Tunisdə işlədiyi təcrübəni xatırlayır.
2011-ci ilin yanvar ayında kütləvi etirazlar ölkənin uzun müddətli avtoritar liderini devirdi.
Onun öyrəndiyi əsas dərs iqtisadiyyatdan narazılıq, korrupsiya, işsizlik və ləyaqət itkisi hissinin kütləvi etirazları alovlandırması idi.