İran Fars körfəzində gəmiyə hücumda Küveyti günahlandırır

14.05.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Küveyt Basra körfəzi sularında İran gəmisinə müdaxilə edib və dörd İran vətəndaşını saxlayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran xarici işlər naziri Seyid Abbas Əraqçi “X” hesabında bildirib.

Əraqçinin sözlərinə görə, bu hadisə ABŞ-nin İrana qarşı istifadə etdiyi bir ada yaxınlığında baş verib.

O, Küveytin hərəkətini qanunsuz adlandırıb.

Nazir saxlanılan şəxslərin azad edilməsini tələb edib.

Qeyd edək ki, bundan əvvəl isə İranın Küveytin Bubiyan adasına girməyə çalışdığı barədə xəbərlər yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью