İran FIFA DÇ 2026 nın püşkatmasını boykot etdi

28.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə İran milli komandasının nümayəndələri 5 dekabrda Vaşinqtonda keçiriləcək Dünya Çempionatı 2026-nın püşkatma mərasiminə qatılmayacaqlar.

İdman.Biz xəbər verir ki, bu barədə İran Futbol Federasiyası (İFF) məlumat yayıb.

Federasiyanın məlumatına görə, İran nümayəndə heyətinin yalnız dörd üzvünə ABŞ hökuməti tərəfindən viza verilib, digər şəxslərin müraciətləri isə rədd olunub.

“Biz Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına ‎(FIFA) bildirdik ki, qəbul edilən qərarların idmana heç bir aidiyyəti yoxdur və İran nümayəndə heyətinin üzvləri püşkatmada iştirak etməyəcəklər”, - İFF-nin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, 48 yığmanın mübarizə aparacağı dünya çempionatında millilər 12 qrupa bölünəcəklər.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью