İran FİFA ya müraciət etdi

30.03.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran FİFA-ya müraciət etdi

İran Futbol Federasiyası FİFA-ya hərbi münaqişə səbəbindən ölkənin idman infrastrukturunun, o cümlədən futbolun dağılması barədə müraciət ünvanlayıb.

QOL.az-ın məlumatına görə, İran xəbər agentliyi bu haqda məlumat yayıb.

İran Futbol Federasiyası FİFA-ya yazdığı məktubda futbola ciddi ziyan dəydiyini vurğulayıb: "Dərin təəssüf və kədər hissi ilə bildiririk ki, İran İslam Respublikasının müqəddəs torpağına qanunsuz hərbi hücum nəticəsində İranın idman infrastrukturuna, xüsusən də futbola ciddi ziyan dəyib".

İran əvvəllər mövcud geosiyasi vəziyyəti nəzərə alaraq milli komandasının DÇ-2026-da iştirak etməməsi ehtimalını dilə gətirmişdi. ABŞ prezidenti Donald Tramp isə İran milli komandasının turnirdə iştirakının yersizliyindən danışmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью