İran Fransa münasibətləri kəskinləşdi: “Xəyanətləri heç vaxt unutmuruq”

20.08.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə parlament komissiyasının rəhbəri İbrahim Əzizi “X”-də paylaşım edib.

O yazıb ki, İran xalqı Fransanın davamlı xəyanətlərini heç vaxt unutmur. 

İ.Əzizi bildirib ki, İslam Respublikası əleyhinə davam edən hərəkətlər Fransa üçün vəziyyəti daha da çətinləşdirəcək.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot Parisin yaxın günlərdə iki İran diplomatını ölkədən çıxaracağını açıqlayıb. O, qərarın 19 iyul hadisəsi ilə əlaqəli olduğunu və Fransanın məlumatına görə, iki fransız diplomatına qəsdən hücum edildiyini bildirib. Barrot hadisəni qəbuledilməz adlandıraraq bunun nəticələrinin olacağını bildirib.

Buna cavab olaraq İran Xarici İşlər Nazirliyi Tehrandakı Fransa səfirliyinin iki əməkdaşını “persona non-qrata” elan edib. Nazirlik onların beynəlxalq hüquqa və 1961-ci il “Diplomatik münasibətlər haqqında” Vyana Konvensiyasına zidd fəaliyyətlə məşğul olduqlarını bildirib. İki fransız diplomatın İrana girişi qadağan edilib.

Mürtəza
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью