İran Fransa Pələng lərinə görə qisas alacaq

31.03.2026

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Fransa Silahlı Qüvvələrinin Quru Qoşunları qərargah rəisi Pyer Şillnin açıqlamasına görə, Paris ABŞ-a dəstək məqsədilə bölgəyə dörd ədəd Eurocopter Tiger hücum helikopteri göndərib. Əsas məqsəd İranın pilotsuz uçuş aparatlarına qarşı mübarizəni gücləndirməkdir.
Hərbi ekspertlər hesab edir ki, İran bu addıma sərt reaksiya verəcək. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və digər hərbi strukturlar bunu düşmənçilik kimi qiymətləndirə bilər.
Bu kontekstdə Fransa bayrağı altında üzən gəmiləin və ya tankerlərin də risk altına düşə biləcəyi vurğulanır.
Qeyd olunur ki, ABŞ və müttəfiqlərinin bölgədə aktivliyi artdıqca, İsrail, ABŞ –İran qarşıdurması daha geniş geosiyasi müstəviyə keçmə təhlükəsi artır.
Bir sözlə, Fransanın bu addımı siyasi və psixoloji baxımdan eskalasiyanı dərinləşdirə və regionda qarşıdurmanın coğrafiyasını genişləndirə bilər.
Röya Əliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью