İran “Fransanın xəyanətləri“ni xatırlatdı

19.08.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Fransanın İran əleyhinə ritorikası, o cümlədən İslam Respublikasından diplomatların çıxarılması Parisin vəziyyətini çətinləşdirir.

Moderator.az-ın xəbərinə görə, bu barədə İran Parlamentinin (Məclis) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi bildirib.

O qeyd edib ki, İran xalqı "Fransanın xəyanəti"ni unutmayacaq.

Daha müddət əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan etmişdi ki, Fransa Tehranda Fransa diplomatik missiyasının iki əməkdaşının saxlanılmasına cavab olaraq yaxın gələcəkdə iki İran diplomatını ölkədən çıxarmaq niyyətindədir.

"İran xalqı Fransanın çirklənmiş qan (1980-ci illərdə Fransa şirkətlərinin hemofiliya xəstələri üçün İrana ixrac etdikləri və HİV və hepatit C-yə yoluxmuş qan preparatları ilə bağlı insident - red.), INSTEX (Avropa İttifaqı və İran arasında reallaşdırılmamış ticarət mexanizmi - red.) və "snapback" mexanizmi (BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan) kimi məsələlərlə bağlı davamlı xəyanətlərini heç vaxt unutmayacaq", - deyə deputat özünün "Facebook" səhifəsində yazıb.

O əlavə edib ki, bu kursun və İran əleyhinə hərəkətlərin davam etdirilməsi Fransanın özünün vəziyyətini ancaq çətinləşdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью