İran gəmiləri ABŞ ın dəniz blokadası zonasından keçməyə başlayıb

16.06.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

3 tanker və 2 yük gəmisi Tehranla Vaşinqtonun razılaşmasından sonra Hörmüz boğazında ABŞ-ın dəniz blokadası zonasından keçib.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, İrana məxsus 3 neft tankeri və ərzaq məhsulları daşıyan 2 gəmi dəniz blokadasını keçərək hərəkətini davam etdirib.

Qeyd edək ki, ABŞ və İran iyunun 15-də razılaşma imzalayıb. ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılmasına icazə verdiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью