Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Ukraynanın Tehrandakı müvəqqəti işlər üzrə vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.
Məlumata görə, diplomat Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumundan sonra XİN-ə çağırılıb.
Diplomata İranın etiraz notası təqdim edilib.