İran gəmisinə quldur hücumu: 23 nəfər əsir düşdü

02.11.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Somali quldurları Hind okeanında İranın balıqçı gəmisini ələ keçiriblər.

"Bakupost" xəbər verir ki, bu barədə Avropa Dəniz Təhlükəsizliyi Mərkəzi (MSCIO) məlumat yayıb.

Bildirilib ki, hadisə Somalinin şimal-şərq sahillərinə yaxın sularda baş verib. Hadisə zamanı gəmidə 21 iranlı balıqçı və 2 somalili mühafizəçi olmaqla, ümumilikdə 23 nəfər olub.

Ekipaj üzvlərinin vəziyyəti barədə heç bir məlumat əldə edilməyib.

Yasəmən, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью