Icma.az, Cebheinfo saytına istinadən bildirir.
“İran strateji əhəmiyyətli Hörmüz boğazında alternativ marşrutun və ya ikinci dəhlizin yaradılmasına icazə verməyəcək”.
“Cebheinfo.az”-ın məlumatına görə, İranın ali liderinin baş hərbi müşaviri, general-mayor Möhsün Rzayi belə deyib.
Bu yaxınlarda Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olunan Rzayi blokadanın davam edəcəyi təqdirdə ABŞ gəmilərinin və qoşunlarının ciddi risklərlə və potensial itkilərlə üzləşəcəyini bildirib.
O, həmçinin Vaşinqtonu yanaşmasını dəyişdirməyə çağıraraq bildirib ki, İran mövcud vəziyyətin davam etməsinə dözməyəcək.
“Hörmüz boğazında ikinci bir dəhlizin açılmasına heç vaxt icazə verməyəcəyik”,-deyə İran generalı xəbərdarlıq edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin