İran generalı Trampı HƏDƏLƏDİ

17.05.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın yüksək rütbəli hərbi sözçüsü, briqada generalı Əbülfəzl Şəkərçi ABŞ Prezidenti Donald Trampın təkrarlanan təhdidlərinə və ritorikasına cavab olaraq Vaşinqtona kəskin xəbərdarlıq edib.

O, İrana qarşı hər hansı bir təcavüzün Vaşinqton üçün əvvəllər üzləşdiyindən daha ağır nəticələrə səbəb olacağını deyib. 

“Cebheinfo.az” “Mehr”-ə istinadən xəbər verir ki, ABŞ Prezidentinin İrana qarşı davam edən təhdidləri ilə bağlı jurnalistlərin suallarını cavablandıran Şəkərçi deyib:

"Amerikanın İrana qarşı üçüncü məcburi müharibədəki rüsvayçılığını kompensasiya etmək üçün hər hansı bir axmaqlığı təkrarlamaq ABŞ-yə daha dağıdıcı və ciddi zərbələrdən başqa bir şeyə səbəb olmayacaq".

O qeyd edib ki, təhdidlər həyata keçirilərsə və İran İslam Respublikasına qarşı yeni təcavüz başlayarsa, Amerika aktivləri və silahlı qüvvələri yeni, hücum, gözlənilməz və fırtınalı ssenarilərlə üzləşəcək.

İran generalı xəbərdarlıq edib ki, ABŞ "özünün yaratdığı bataqlığa daha da dərin düşəcək". Onun sözlərinə görə, bu, Donald Trampın macəraçı siyasətinin birbaşa nəticəsidir"

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью