İran generalların və nüvə alimlərinin dəfninə hazırlaşır

25.06.2025

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İsrailin İrana hücumunda həlak olan yüksək səviyyəli komandirlərin dəfn mərasimi olacaq.
Reyting.az
xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Xatırladaq ki, İsrail iyunun 13-də İrana qarşı müharibəyə başlayıb. Hava hücumları İranın nüvə, hərbi və yaşayış məntəqələrini hədəf alıb və nəticədə yüksək səviyyəli hərbi komandirlər, nüvə alimləri və sadə vətəndaşlar da daxil olmaqla, 600-dən çox iranlı həlak olub.
Mərasimdə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, general-mayor Hüseyn Səlami, general-mayor Əmir Əli Hacızadə və bir neçə iranlı nüvə alimi ilə vida mərasimi keçiriləcək.
Qurbanların dövlət dəfn mərasiminin şənbə günü Tehranda keçirilməsi nəzərdə tutulub və yerli vaxtla saat 08:00-da Tehran Universitetinin əsas qapısından Azadi meydanına doğru vətəndaşların və rəsmilərin kütləvi iştirakı ilə başlayacaq.
V. QULİYEV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью