İran geri addım atdı

14.06.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran ABŞ ilə münaqişənin nizamlanmasına dair mümkün saziş çərçivəsində Hörmüz boğazından keçən gəmilərdən rüsum almamağa razılaşıb.

Moderator.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.

"İran strateji boğazı açacaq və oradan keçən gəmilərdən heç bir ödəniş tələb olunmayacaq", - deyə rəsmi telekanalın efirində bildirib.

Məlumata görə, saziş imzalanacağı təqdirdə ABŞ tətbiq etdiyi blokadanı aradan qaldıracaq, İran isə Hörmüz boğazını gəmiçilik üçün açacaq. Bundan sonra boğazın sularının minalardan təmizlənməsinə başlanılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью