Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq. İran ABŞ-la toqquşmamaq üçün hərbi qüvvələrini Yəməndən çıxarır və husilərə əməliyyat dəst
Axar.az xəbər verir ki, bu barədə Britaniyanın "Telegrаf" nəşri İranın yüksək rütbəli məmuruna istinadla yazıb.
Məlumata görə, Tehran ABŞ-ın husilərə hücumları zamanı İran qüvvələrinin zərər görməməsi və Vaşinqtonla birbaşa qarşıdurma yaranmaması üçün bu addımı atıb: "İslam Respublikası regional proksi qruplara dəstək strategiyasını azaldıb və diqqətini ABŞ-ın birbaşa təhdidləri ilə mübarizəyə yönəldib.
Tehranı əsas narahat edən məsələ Tramp və onunla necə davranmaqdır.
Bu mövzu başqa məsələlərə kölgə salıb və əvvəllər dəstəklənən regional qruplar artıq müzakirə olunmur.
İran husilərin artıq fəaliyyətlərini davam etdirə bilməyəcəyinə və son aylarını və hətta günlərinı yaşadıqlarına inanır, ona görə də Həsən Nəsrullah və Bəşər Əsədlə bağlı zəncirin bir hissəsi olan husilərə dəstək vermək artıq məntiqli deyil".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.