İran gizlədirdi, Putin açıqladı: böyük rezonans doğuracaq Davudyan

20.12.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putinin Suriyadan 4 min iranlının təxliyəsi ilə bağlı dedikləri diqqət çəkir.

Globalinfo.az xəbər verir ki, bunu iranşünas Tiqran Davudyan yazıb.

O bildirib ki, İran bu vaxta qədər Suriyada hərbi kontingenti olmadığını iddia edib:

“Rusiya prezidenti bildirdi ki, “Rusiya ordusu İranın xahişi ilə Suriyadan 4 min iranlı əsgəri təxliyə edib”. Bu xəbərin İranda və beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğuracağı gözlənilir. İran həmişə Suriyada yalnız hərbi müşavirlərinin olduğunu bəyan edir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün ilin yekunları ilə bağlı mətbuat konfransında İranın 4 min hərbçisini Suriyadan çıxararaq Tehrana apardıqlarını bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью