İran gizli nüvə proqramı həyata keçirib ŞOK HESABAT

31.05.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) məxfi hesabatına görə, İran bəyan edilməmiş materiallardan istifadə edərək gizli nüvə proqramı həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumatda bildirilib ki, İranın 60% zənginləşdirilmiş uran ehtiyatı 408 kiloqrama çatıb – bu da 24 kiçik nüvə bombası üçün kifayətdir.

“Yüksək zənginləşdirilmiş uranın sürətlə yığılması ciddi narahatlıq doğurur. Agentlik İranın nüvə proqramının yalnız dinc xarakter daşıdığına zəmanət verə bilməyəcək”, – hesabatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью