İran: Günahkar ABŞ dir

08.06.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tehran milli maraq və təhlükəsizliyinin tələb etdiyi həddə qədər addım atacaq.
Bakıvaxtı.az-
ın xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai regionda müharibənin son vəziyyəti ilə bağlı danışarkən bildirib.
Bəqai deyib ki, İran İsrail və ABŞ-a mövcud vəziyyətdən sui-istifadə edərək təcavüzü davam etdirməyə imkan verə bilməz və onların sadəcə bir bəyanatla atəşkəsə sadiq olduqlarını demələri kifayət deyil.
O, həmçinin, regiondakı hadisələrdə ABŞ və İsrailin siyasətlərinin koordinasiyasına diqqət çəkərək bildirib ki, son hadisələr Vaşinqtona qarşı şübhələri daha da artırıb.
Bəqai əlavə edib ki, ABŞ son atəşkəs pozuntularına görə birbaşa məsuliyyət daşıyır və İsrail Vaşinqtonla məsləhətləşmədən müstəqil addım atmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью