İran güzəştlərə hazır görünür Tramp

24.06.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran hakimiyyətinin ABŞ ilə münasibətlərdə yumşalma nümayiş etdirdiyi və Vaşinqtonla dialoqa hazır olduğu barədə iddialar gündəmə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, Tramp İranın mövcud vəziyyət fonunda ABŞ ilə münasibətlərdə daha çevik mövqe sərgilədiyini iddia edib. O bildirib ki, Tehran tərəfi müəyyən güzəştlərə hazır görünür və uzun fasilədən sonra ilk dəfə olaraq ABŞ və onun rəhbərliyinə daha müsbət yanaşma nümayiş etdirir.

Bildirilib ki, ABŞ Prezidenti İranın “son mərhələdə” olduğunu qeyd edərək, bu prosesin ölkələr arasında münasibətlərdə yeni mərhələ aça biləcəyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью