İran hakimiyyəti “Hicab qanunu”ndan imtina etdi | Icma.az
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranda məcburi hicab qanunu Ali Milli Təhlükəsizlik Şurası tərəfindən dayandırılıb.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə İran Parlament Şurasının üzvü Əli Rza Səlimi “İRNA” agentliyinə açıqlama verib.
Hökumətin qanun layihəsini yeni baxılmağa təqdim edəcəyi gözlənilir. İslahatçılar sözügedən qanunun qarşısının alınmasını tələb edirlər.
“Bu qanun layihəsini əvvəlki hökumət (İbrahim Rəisi hökuməti) göndərib.
Bu gün Ali Milli Təhlükəsizlik Ali Şurasının Katibliyi qanunun elanı prosesinin dayandırılmasını istəyib.
Əvəzində yenidən işlənmiş qanun layihəsi hökumət tərəfindən parlamentə təqdim olunub”, - Səlimi belə deyib.
İran parlamenti ilə Konstitusiya Keşikçilər Şurası arasında bir müddətdir müzakirə edilən “Hicab qanunu” kimi tanınan “Ailəni dəstəkləmək üçün iffət və hicab mədəniyyətinin təbliği” qanununun dekabrın 13-də qüvvəyə minməsi gözlənilirdi.
Tam oxu
Xəbəri oxu