İran hakimiyyətini dəyişmək istəmirik Tramp

26.11.2026

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Bu sözləri ABŞ prezidenti Donald Tramp "New York Post" qəzetinə müsahibəsində deyib.
- Mən sadəcə onların nüvə silahının olmasını istəmirəm. Heç vaxt rejim dəyişikliyinin nə lehinə, nə də əleyhinə çıxış etmişəm. Bu, mənim üçün meyar olmayıb,- o vurğulayıb.
İsrailin İranda rejimin varlığına son qoymaq istəyini şərh edən Tramp bu ssenarinin "həyata keçirilə bilən" olduğunu deyib, lakin qarşısına belə bir vəzifə qoymadığını bir daha qeyd edib.
​Trampın sözlərinə görə, Vaşinqton artıq strateji hədəflərinə çatıb və müharibəni istənilən an bitirə bilər. Bununla belə, Tehranı nüvə sazişinə məcbur etmək üçün İranın limanlarının dəniz blokadası davam edəcək.
Tariyel
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью