İran hava məkanı beynəlxalq tranzit uçuşlarına açdı 24 saatlıq

17.07.2025

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran Aviasiya İdarəsi ölkənin hava məkanı ilə bağlı bəyanat yayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada ölkədə mövcud vəziyyət nəzərə alınmaqla aparılan ətraflı təhlükəsizlik yoxlamalarından sonra ölkədəki bütün hava limanları əvvəlki iş şəraitinə bərpa edilib və fəaliyyətə hazır olduğu qeyd olunub.

Bəyanatda qeyd olunub ki, ölkə üzrə hava limanlarından uçuşlar üçün heç bir məhdudiyyət yoxdur, uçuşlar yalnız Tehranın Mehrabad hava limanından səhər saat 4:00-dan axşam 19:00-a qədər yerinə yetirilir.

Təlim və istirahət uçuşlarına qadağa növbəti xəbərdarlığa qədər qüvvədə qalır.

Qeyd edək ki, iyunun 13-də İran və ABŞ arasında nüvə danışıqları davam edərkən, İsrail İranın müxtəlif şəhərlərində nüvə və hərbi obyektlərə, eləcə də mülki ərazilərə hücum edib. Həm uçuş-enmə zolaqlarının zədələnməsi, həm də hücumlar səbəbiylə davamlı olaraq aktivləşdirilən hava hücumundan müdafiə sistemləri səbəbindən ölkənin hava məkanı uçuşlara bağlanıb.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью