İran hava məkanını bağladı Azərbaycanla sərhəddə və...

25.02.2026

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran pilotsuz uçuş aparatlarının fəaliyyəti üçün NOTAM (uçuş xəbərdarlığı) elan edib.

Hurriyyet.org xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Bildirilib ki, xəbərdarlıq Xəzər dənizinin sahili və Azərbaycan sərhədinə yaxın dəniz ərazilərini əhatə edir.

Məlumata görə, sözügedən hava məkanı yer səviyyəsindən 10 min fut (3048 metr) hündürlüyə qədər 25 fevral-20 mart tarixləri arasında məhdudlaşdırılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью