İran Hayfaya zərbə endirdi

20.06.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

İran ordusu Hayfaya yeni zərbələr endirib, əsas limanın yaxınlığındakı binaya (İsrail Hərbi Dəniz Qüvvələrinin bazası yerləşir) ziyan dəyib.

Axar.az xəbər verir ki, bu barədə şəhər merinin müavini Sarit Qolan-Şteynberq mediaya açıqlamasında deyib.

“İran raketinin əsas limanın yaxınlığına düşməsi nəticəsində binalar zədələnib”, - deyə o bildirib.

Mer müavininin sözlərinə görə, dəyən zərərin həcmi araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью