Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Şehram İrani ABŞ-nin dəniz blokadasını uğursuzluq əlaməti adlandırıb və blokadanı pozmaq üçün əməliyyatların artıq başladığını bildirib.
AZXEBER.COM xəbər verir ki, bu barədə IRIB dövlət teleradio şirkəti məlumat yayıb.
HDQ-nin komandanı telekanala müsahibəsində deyib: "Dəniz blokadası müharibə başlamazdan əvvəl tətbiq edilir; müharibə zamanı blokada tətbiq olunursa, bu, müharibənin uduzulması deməkdir".
O, həmçinin xatırladıb ki, İranın Ali lideri silahlı qüvvələrə ABŞ-nin hücumlarına cavab verərkən coğrafi məhdudiyyətlərin artıq tətbiq olunmadığını bildirib.
"ABŞ bu direktivin nəticələrini başa düşməlidir. Bizə həvalə olunmuş tapşırıqları yerinə yetirmək üçün əllərimiz açıldı", - admiral vurğulayıb.