Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
İran Amerika sanksiyalarına cavab olaraq Yaxın Şərqdin hava məkanını bağlamaqla hədələyib.
“Uçuşlar ya hamıya açıq olacaq, ya da heç birinə açıq olmayacaq”, -deyə İranın Ali Liderinin müşaviri Məhəmməd Moxber sosial mediada yazıb.
“Cebheinfo.az” xəbər verir ki, daha əvvəl, Amerika sanksiyaları səbəbindən İraq və BƏƏ-dəki hava limanları İran aviaşirkətlərinə xidmətləri dayandırıb.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, Donald Tramp İranın yeddi günlük atəşkəs planını rədd etdikdən sonra Vaşinqton və Tehran arasındakı münasibətlər daha da pisləşə bilər.
Təklif olunan plan ABŞ-nin dəniz blokadasını qaldırmasını, İran aktivlərinin dondurulmasını aradan qaldırmasını və neft sanksiyalarını ləğv etməsini nəzərdə tuturdu. Bunun müqabilində İran Hörmüz boğazını açmağı və nüvə danışıqlarını bərpa etməyi öhdəsinə götürəcəkdi.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin