İran həftəsonuna qədər internetin bərpa olunacağını vəd edib | Icma.az
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran hakimiyyəti həftənin sonuna qədər ölkə daxilində internetə çıxışı bərpa edəcəyinə söz verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Elm, Texnologiya və İqtisadiyyat üzrə vitse-prezident Hüseyn Afşin "Tasnim" xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, xidmətin bərpasına 20 yanvar tarixindən etibarən başlanacaq.
"Prezidentin sərəncamı ilə internetə çıxış bu gündən etibarən və həftənin sonundan gec olmayaraq ölkə daxilində bərpa olunacaq", - deyə Afşin qeyd edib.
İranda 8 yanvarda ölkə daxilində internetin bağlanması tətbiq edilib.
Davam edən hökumət əleyhinə etirazlar və hökumətin təzyiqləri səbəbindən ölkə daxilində istifadəçilər internetə çıxışdan məhrum edilib.
Qadir, Bizimyol.info Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu