Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
"İran qarşılıqlı hörmət və maraqlara əsaslanan danışıqlara hazırdır, lakin əgər bizə hücum olarsa, istənilən hücumaktına indiyə qədər olmamış ən sərt cavab veriləcək"
Mia.az xaric məbuata istinadla xəbər verir ki, bu bəyanatı İranın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyi ABŞ prezidenti Donald Trampın ölkəyə qarşı hərbi təhdidlərinə cavab olaraq verib.
Bəyanatda ABŞ-ın İraq və Əfqanıstana qarşı apardığı müharibələrdə 7 trilyon dollar və minlərlə əsgər itirilməsi xatırlanıb və savaşın qarşı tərəfə də xeyir gətirməyəcəyinə eyham vurulub.
Samir MUSAYEV
MİA.AZ