İran HƏMAS İsrail danışıqları ilə bağlı mövqeyini AÇIQLADI

05.08.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran HƏMAS-ın Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı İsraillə apardığı danışıqlarda qəbul edəcəyi istənilən qərarı dəstəkləməyə hazır olduğunu bəyan edib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian HƏMAS Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyə ilə telefon danışığı zamanı bildirib ki, Tehran Fələstin rəhbərliyinin danışıqlarda qəbul edəcəyi bütün təşəbbüs və qərarları dəstəkləyəcək.

Prezident vurğulayıb ki, Fələstin məsələsinin həlli İranın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью