İran həmin hücumunu 8 ay sonra təsdiqlədi

19.11.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hind okeanındakı Britaniya hərbi bazasına edilən hücumdan səkkiz ay sonra, İran bu hadisədə iştirakını faktiki olaraq təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, İranın SNN xəbər agentliyinin məlumatına görə, açıqlamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəsmi nümayəndəsi general Məhəmməd Möhebbi bildirib.

“Biz artıq Dieqo Qarsiya adası yaxınlığında 4500 kilometr mənzilli raket imkanlarımızı nümayiş etdirmişik”, - deyə o bildirib.

İranın Hind okeanındakı Britaniya bazasına hücumu barədə xəbərlər ilk dəfə mart ayında ortaya çıxmışdı, lakin Tehran əvvəllər bunu təsdiqləməmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью