İran Hərbi Dəniz Qüvvələri aciz duruma düşüb

06.03.2026

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ sualtı qayıqlarının İran donanmasını məhv etmək üçün super güclü torpedalardan istifadə etməsi İranın sualtı qayıqları aşkar etməkdə acizliyini nümayiş etdirir.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi, 1-ci dərəcəli kapitan Andrey Rıjenko bildirib.

“O (torpedo) adətən gəmiyə arxa tərəfdən yaxınlaşır - baş verən güclü partlayış onun gövdəsini məhv edir”, - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, müasir “Mark 48” torpedası gəmini su altında partladaraq onu iki yerə bölür. “Harpoon” raketlərindən daha bahalı olsa da, istifadəsi ABŞ-nın üstünlüyünü nümayiş etdirir, İranın məhdud imkanları isə dərin sulardan risksiz fəaliyyət göstərməyə imkan verir.

“Torpedo ucuz deyil. Yeddinci modifikasiyalı bir “Mark 48” torpedası 3,5 milyon dollara başa gəlir. Yəni, “Tomahawk” raketlərindən iki dəfə bahadır”, - deyə ekspert bildirib.

ABŞ Hind okeanında İran hərbi gəmisini sualtı qayıqdan buraxılan torpeda ilə vuraraq batırdı. Rıjenkonun qeyd etdiyi kimi, bu, İranın ABŞ sualtı qayıqlarına qarşı məhdud qabiliyyətini nümayiş etdirir.

Qeyd edək ki, dünənin statistikasına görə, ABŞ İrana aid 17 hərbi gəmini batırıb. ABŞ müdafiə naziri Pit Haqset ABŞ sualtı qayığının beynəlxalq sularda İran hərbi gəmisini batırdığını təsdiqləyib. Bu, İkinci Dünya Müharibəsindən bəri düşmən gəmisinin torpedo əsaslı ilk batmasıdır.

V. QULİYEV


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью